Qırğızıstanda bütün rusdilli şəhər və kənd adları dəyişdiriləcək.
İnterpress.az xəbər verir ki, bu barədə “Sputnik Qırğızıstan” məlumat yayıb.
Qırğızıstan hakimiyyəti ölkə ərazisindəki bütün rusdilli şəhər və kənd adlarını dəyişmək qərarına gəlib.
Prezident Sadır Japarovun sözlərinə görə, bu prosesin 2027-ci ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.
Bununla yanaşı, dövlət başçısı vurğulayıb ki, yaşayış məntəqələrinin tarixi şəxsiyyətlərin adları ilə adlandırılması təcrübəsini dəstəkləmir.
Qeyd edək ki, 2021-ci ildən bəri Qırğızıstanda artıq 15-dən çox yaşayış məntəqəsinin adı dəyişdirilib.
Xuraman Etibarlı
İnterpress.az