İsrail Müdafiə Ordusu (SAXAL) Livan ərazisində ağır itkilərlə üzləşib.
Ölkə.Az xəbər verir ki, bu barədə ABŞ nəşri olan "Military Watch Magazine" (MWM) jurnalı İsrail mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, quru qoşunlarının üzləşdiyi bu itkilər 1980-ci illərdən — İsrail ordusunun Livanda Suriya ordusu və yerli silahlı qruplaşmalarla qarşıdurmasından bəri ən yüksək göstəricidir.
Məqalədə qeyd olunur ki, "Hizbullah" son vaxtlar İsrailin ağır texnika ilə təchiz olunmuş bölmələrinə qarşı hücumlarını kəskin şəkildə artırıb. Qruplaşma üzvləri İsrail hədəflərinə əsasən zərbə dronları vasitəsilə hücum edirlər. Bu hücumlar nəticəsində SAXAL-a məxsus "Merkava IV" tankları, "Caterpillar D9" zirehli buldozerləri və "Namer" zirehli transportyorları sıradan çıxarılıb.