AZ

Putin Kareliyada Lukaşenkoya balıq yetişdirmə texnologiyasını göstərib

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Rusiya lideri Vladimir Putin ona əvvəllər Kareliyada balığın xüsusi qəfəslərdə yetişdirilməsi texnologiyasını nümayiş etdirib.

Bizimyol.info xəbər verir ki, Lukaşenko Mogilyov vilayətinə səfəri zamanı “Paluj” balıq təsərrüfatında olarkən ona sazan balığının xüsusi qəfəslərdə yetişdirilməsi üsulu təqdim olunub. Bu metod balıqların su hövzələrində – axının sabit və ya güclü olduğu yerlərdə yerləşdirilən tor kameralar (qəfəslər) daxilində saxlanılmasına əsaslanır. Bu yanaşma yüksək sıxlıqda balıq yetişdirməyə və intensiv yemləmə tətbiq etməyə imkan verir.

Lukaşenko xatirələrini bölüşərək: “Mən bu qəfəsləri görmüşəm, Putin mənə onları göllərdə (Kareliyada) göstərmişdi. Biz xüsusi olaraq ora getmişdik. Hər şey çox yaxşı görünürdü və çox təsirlidir”, - deyə bildirib.

Prezident həmçinin ölkədə balıqçılıq sahəsinin real inkişaf perspektivlərini qiymətləndirmək üçün statistik göstəricilərin dəqiqləşdirilməsini tapşırıb. Onun sözlərinə görə, rəsmi rəqəmlərlə faktiki nəticələr arasında fərq olmaması üçün məlumatlar yenidən yoxlanmalıdır.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
icma.az

1Mənbələr