AZ

Starmer Yaxın Şərq Komitəsi yaradır

BAKI, 14 aprel. TELEQRAF

Böyük Britaniya Baş naziri Kir Starmer Yaxın Şərqdə baş verənlərə operativ reaksiya məqsədilə xüsusi komitə yaradır. Bu struktur Breksit dövründə istifadə olunan modelə bənzər şəkildə təşkil olunacaq və İran ətrafında yaranan münaqişəyə dair Londonun yanaşmasının yenidən qiymətləndirilməsi məqsədini daşıyır.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadla məlumat yayıb.

Starmer bu qrupun ilk iclasına bu gün şəxsən rəhbərlik edəcək. Məqsəd həm beynəlxalq, həm də daxili səviyyədə Böyük Britaniyanın cavab tədbirlərini koordinasiya edən mərkəzləşdirilmiş struktur yaratmaqdır. Komitə nazirlər və işçi qruplardan ibarət olacaq və onun formatı COVID-19 pandemiyası və Böyük Britaniyanın Avropa İttifaqından çıxışı (Breksit) dövründə yaradılan strukturlardan götürülüb.

Mənbənin bildirdiyinə görə, yaxın həftələr və aylarda bu qrup Hörmüz boğazında naviqasiyanın bərpası kimi addımlardan başlayaraq, orta və uzunmüddətli ssenarilərin hazırlanmasına fokuslanacaq.

Seçilən
16
2
teleqraf.com

3Mənbələr