AZ

Mərc oyunları məntəqəsinə bıçaqlı HÜCUM: Cinayətkar TUTULDU

Vladiqafqazda bıçaqla mərc oyunları məntəqəsinə hücum edən şəxs saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.

Vladiqafqaz şəhərində bıçaqlı insident qeydə alınıb. Əlində bıçaq olan naməlum şəxs şəhərdəki mərc oyunları (bukmeker) kontoruna hücum edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının çevik müdaxiləsi nəticəsində cinayətkar dərhal zərərsizləşdirilərək saxlanılıb.

Hadisə zamanı xəsarət alanların olub-olmaması araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
3
interpress.az

1Mənbələr