Şimali Koreya lideri Kim Jong-un ABŞ ilə İran arasında artan gərginlik fonunda diqqətçəkən açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, o, iki ölkə arasında vasitəçilik etməyə hazır olduğunu bildirərək, “Mən istənilən vaxt ABŞ prezidenti ilə görüşə bilərəm. Dünyanın sülhə ehtiyacı var”, – deyə, qeyd edib.
Paylaşılan videoda Kim Jong-un beynəlxalq gərginliyin azaldılmasının vacibliyini vurğulayır və xüsusilə ABŞ ilə birbaşa əlaqə imkanlarına diqqət çəkir. Bu açıqlamalar bölgədə yeni diplomatik kanalın yarana biləcəyi kimi qiymətləndirilir.
Şimali Koreya lideri həmçinin Koreya yarımadasındakı sülh prosesinə toxunaraq bildirib ki, “Biz bölgəmizdə xarici silahlara icazə verməyəcəyik”. Bu fikirlər həm regional təhlükəsizlik siyasəti, həm də qlobal güc balansı baxımından mesaj kimi şərh olunur.
Ekspertlər Şimali Koreyanın bu addımını beynəlxalq arenada daha fəal rol oynamaq cəhdi kimi dəyərləndirir və bildirirlər ki, bu açıqlamalar ABŞ–İran münasibətlərinin inkişafından asılı olaraq yeni diplomatik prosesə təkan verə bilər.
Aytən Yaşar/ Turkustan.az