AZ

Türkiyə zirvədədir: Əlində hansı güclü kartlar var?

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“İranın Hörmüz boğazından keçmək qarşılığında dollar əvəzinə yuan tələb etməsi, ABŞ və İsraili dəstəkləyən ölkələrə məhdudiyyətlər tətbiq etməsi bütün dünyanı, xüsusən də Çin, Yaponiya, Cənubi Koreya və Avropa ölkələrini iqtisadi böhrana sürükləyir. Husilərin fəaliyyəti nəticəsində Süveyş kanalında hərəkətin istiqamətinin dəyişməsi və gəmilərin Ümid burnuna yönəlməsi yük daşıma xərclərini artıraraq inflyasiyanı yüksəltdi. Neft qiymətlərinin artması isə Trampa və ABŞ-ın daxili ictimai rəyinə dərin təsir göstərir”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri ehtiyatda olan türkiyəli kontr-admiral Prof. Dr. Cihat Yaycı dünya neftinin 20%-nin keçdiyi Hörmüz boğazı və qlobal ticarətin şah damarı olan Babül-Məndəb boğazındakı gərginliyin qlobal təsirini qiymətləndirərkən bildirib.

Prof. Dr. Cihat Yaycı 

Cihat Yaycı böhranların böyük imkanlar da yaratdığını vurğulayaraq, Türkiyənin geosiyasi və strateji əhəmiyyətinin bu dövrdə zirvəyə çatdığını qeyd edib. O, Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizin, Zəngəzur Dəhlizinin və xüsusən də Ovaköy üzərindən planlaşdırılan İnkişaf Yolu layihəsinin əhəmiyyətindən danışıb. Türk boğazları (Bosfor və Çanaqqala -red) və Kərkük-Yumurtalıq, eləcə də Bakı-Tbilisi-Ceyhan boru kəmərləri vasitəsilə dünya neftinin təxminən 5%-nə nəzarət edən Türkiyənin əlində güclü kartların olduğunu xüsusi qeyd edib.

Gülnar Səlimova

Globalinfo.az

İstanbul

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
1
globalinfo.az

2Mənbələr