Karlos Alkaras bildirib ki, dünya reytinqində birinciliyi rəqibi Yannik Sinnerdən geri almaq imkanı Barselona turniri üçün ona əlavə motivasiya verir.

Offsideplus.az xəbər verir ki, bazar günü Monte-Karloda liderliyi itirən ispaniyalı tennisçi, doğma meydanında titul qazanmaqla yenidən zirvəyə yüksəlmək şansına malikdir.

Sinnerin yoxluğu Alkarasın çempionluq şansını artırır. O, rəqibi ilə mübarizənin maraqlı olduğunu desə də, əsas hədəfinin turnir boyunca stabil inkişaf olduğunu vurğulayıb:

"Onunla rəqabət əlavə motivasiyadır, lakin biz diqqətimizi öz oyunumuzu təkmilləşdirməyə yönəltmişik".