AZ

İsrail və Türkiyə arasında GƏRGİNLİK: Ərdoğan hərbi güc tətbiq etməklə HƏDƏLƏDİ

Ərdoğan İsrailə qarşı hərbi əməliyyatlara başlamaqla hədələyib.

İnterpress.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə qarşı sərt xəbərdarlıq edib.

O, İsrailin fələstinliləri öz ərazilərindən qovmasının qarşısını almaq üçün Türkiyənin hərbi əməliyyatlara başlaya və ölkəyə qoşun yeridə biləcəyini bəyan edib.

Ərdoğan qeyd edib ki, Türkiyə Fələstin xalqının təhlükəsizliyini və torpaqlarının müdafiəsini təmin etmək üçün bütün lazımi addımları atmağa hazırdır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
2
interpress.az

1Mənbələr