AZ

Qətər Azərbaycandan keçərək Avropaya qaz tədarük edə biləcək

İsrailin "NewMed Energy" şirkətinin baş direktoru Yossi Abu belə bir bəyanat verib ki, Avropa gələcəkdə Azərbaycandan keçən marşrutla Qətərdən qaz ala biləcək.

Oxuməni.az-ın verdiyi məlumata görə, o, bu barədə İsrailin "Globes" nəşrinə verdiyi müsahibədə bildirib.

O, İranla ABŞ-İsrail müharibəsinin etibarlı enerji mənbələrinin fəal axtarışına təkan verdiyini qeyd edib.

Qətərdən qazla bağlı vəziyyəti şərh edərkən, Yossi Abu qeyd edib ki, son zamanlar Hörmüz boğazının blokadası səbəbindən tədarük imkanlarını itirən Qətər qazı Avropaya alternativ marşrutla, o cümlədən Azərbaycan vasitəsilə göndərilə bilər.

"Qətər qazının Avropaya nəql edilməsinin ən yaxşı yolu, qitəni Səudiyyə Ərəbistanı, İraq və Türkiyə vasitəsilə Azərbaycanla birləşdirmək, oradan isə istənilən təyinat nöqtəsinə çatdırmaqdır. Bu, Qətərin xarici marşrutu ola bilər" - Yossi Abu deyib.

Baş direktor əlavə edib ki, ümumilikdə, Hörmüz boğazının bağlanması fonunda Fars körfəzi ölkələrindən olan enerji daşıyıcıları iki yolla daşına bilər: artıq qeyd olunan şimal marşrutu Azərbaycan və Türkiyədən keçəcək, cənub marşrutu isə Misir və İsraildən keçəcək.

Yossi Abunun sözlərinə görə, daha bir variant isə Suriyaya svop yolu ilə qaz tədarüküdür ki, bunun üçün Azərbaycan qazından istifadə oluna bilər.

Almaz Həsənli

Seçilən
12
1
oxumeni.az

2Mənbələr