AZ

Rusiya Ukraynanın altı bölgəsində enerji sektoruna hücum etdi

Bazar ertəsi səhəri Rusiya qüvvələrinin yeni atəşi səbəbindən Ukraynanın altı bölgəsində elektrik kəsintiləri qeydə alınıb.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Ukrenergo" 14 apreldə məlumat verib ."Bu səhər etibarilə Odessa, Zaporojye, Dnepropetrovsk, Xerson, Nikolayev və Xarkov vilayətlərindəki istehlakçılar elektrik enerjisiz qalıb. Təhlükəsizlik şəraitinin imkan verdiyi hər yerdə təcili bərpa işləri artıq davam edir", - deyə açıqlamada bildirilir.

"Ukrenergo" həmçinin müvəqqəti olaraq işğal altında olan Zaporojye Atom Elektrik Stansiyasını təchiz edən yüksək gərginlikli xəttin kəsilməsi səbəbindən stansiyanın dizel generatorlarına keçdiyini təsdiqləyib. Bu, tammiqyaslı müharibənin başlanğıcından bəri atom elektrik stansiyasında baş verən 13-cü tam elektrik kəsilməsidir . Xəttin kəsilməsinin səbəbi hazırda araşdırılır.

Bu arada, elektrik enerjisi istehlakı bazar ertəsi səhəri ilə müqayisədə 5,3% artıb. Enerji rəsmiləri bunu Pasxa tətillərindən sonra aktiv istehsal fəaliyyətinin bərpa olunması ilə əlaqələndirirlər.

"Hava şəraitini nəzərə alaraq, aktiv enerji istehlakını günəş elektrik stansiyalarının ən səmərəli olduğu dövrə - saat 11:00-dan 15:00-a qədər köçürmək məsləhətdir. Bununla belə, axşamlar enerjiyə qənaət etmək vacibdir. Zəhmət olmasa, yüksək güclü elektrik cihazlarının istifadəsini saat 18:00-dan 22:00-a qədər məhdudlaşdırın", - deyə "Ukrenergo" şirkəti bildirir.

Xatırladaq ki, dünən gecə ruslar Ukraynaya dörd raket və 129 hücum dronu atıblar . Hava hücumundan müdafiə qüvvələri düşmən hədəflərinin əksəriyyətini məhv edib.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
11
1
sia.az

2Mənbələr