AZ

Mövsümü erkən başa vuran azərbaycanlı futbolçu Afrikaya qayıdır

İcarə əsasında “Qəbələ”də çıxış edən Turan Manafov mövsümü erkən başa vurdu. 

İdmanxeber.az-a verilən məlumata görə, futbolçunun zədəsi ciddidir. Onun cari mövsüm yenidən yaşıl meydanlara qayıdacağı tarix bəlli deyil.

Müdafiəçinin maya qədər hazır olmayacağı bildirilir.

Qəbələ təmsilçisi Cənubi Afrika Respublikasının (CAR) “Stellenboş” klubunda çıxış edən Turan Manafov 4 aylıq icarəyə götürmüşdü.

Təcrübəli oyunçu mövsüm sonu müqavilə ilə məxsus olduğu klubuna qayıdacaq. O, Azərbaycandan başqa təkliflər olsa da, karyerasını CAR-da davam etdirmək istəyir.

 

Seçilən
4
idmanxeber.az

1Mənbələr