AZ

Türkiyədə liseyə silahlı hücum edən məktəbli özünü öldürüb, 16 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyədə liseyə edilən silahlı hücumda yaralananların sayı artıb.

NTV-nin xəbərinə görə, hadisə nəticəsində 16 nəfər yaralanıb.

Hücumu törədən məktəblinin özünü öldürdüyü bildirilir.

***

11:46

Türkiyədə liseyə girən silahlı şəxs ətrafa atəş açıb.

NTV-nin xəbərinə görə, hadisə Şanlıurfa əyalətinin Siverek rayonunda baş verib.

Belə ki, silahlı şəxs tüfənglə yeddi nəfəri yaralayıb. Silahlı şəxsin bir neçə şagirdi girov götürdüyü deyilir.

Hadisədən sonra əraziyə çoxsaylı tibb briqadası və xüsusi polis qüvvələri cəlb edilib.

Silahlı hücumu həyata keçirən şəxsin məktəbli olduğu bildirilir.

Şagirdlərin böyük əksəriyyətinin təxliyə olunduğu qeyd olunub. Silahlı şəxsin zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülür.

Seçilən
15
3
apa.az

10Mənbələr