Gürcüstanın Baş naziri İrakli Kobaxidze vətəndaşları Ana Dili Günü münasibətilə təbrikində qeyd edib ki, ana dilinin gücü və inkişafı gürcü dövlətinin möhkəmliyinin ən əsas şərtlərindən biridir.
Hafta.az yazır ki, baş nazir, 1978-ci ilin 14 aprelinin tarixində Gürcüstan tarixində xüsusi yer tutduğunu, həmin gün Gürcüstanın ana dilini qorumaq üçün yumruq kimi birləşdiyini deyib.
“Bu, misli görünməmiş hadisə idi - gürcü milləti dünyaya milli ləyaqətindən heç vaxt imtina etməyəcəyini göstərdi. Həmin vaxt dilin müdafiəsi müstəqil dövlət ideyasının xilas edilməsi demək idi. Məhz bu səbəbdən tarixi qələbə milli-azadlıq hərəkatına çox güclü təkan verdi”, - o deyib.
Hökumət başçıı çıxışını belə tamamlayıb: “14 aprel nəsli bu gün suverenliyimizin dayandığı təməli qoruyub saxladı. Ana dili qarşısında öhdəliyimiz əbədidir. Müasir dünyada milli kimliyin qorunması hələ də böyük səy tələb edir. Ən canlı milli xəzinəmizə sarsılmaz qayğı göstərmək bizim borcumuzdur. Ana dilinin gücü və inkişafı gürcü dövlətinin möhkəmliyinin ən əsas şərtlərindən biridir”.