Bakı.Trend:
İnsan alverində təqsirləndirilən iki şəxs həbs edilib.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Başİdarəsindən Trend-ə verilən məlumata əsasən, keçirilən tədbirlərləinsan alverində təqsirləndirilən 28 yaşlı E.Q və 27 yaşlı X.H şərtiadlı şəxslər həbs ediliblər.
E.Q ölkə vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqlainsan alveri cinayəti törətməkdə ittiham olunur. O, həmin qadınlarıişə düzəltmək adı ilə aldadaraq Türkiyə Respublikasına aparıb. Dahasonra zərərçəkmiş şəxslər hədə-qorxu və məcburetmə yolu ilənəzarətdə saxlanılıb, onların ümumvətəndaş pasportları götürülərəkpul müqabilində cinsi istismara məruz qoyulublar.
İnsan alveri cinayətində təqsirləndirilən X.H isə şəxsiyyətiistintaqla araşdırılan xarici ölkə vətəndaşları ilə cinayətəlaqəsinə girərək qadınları pul müqabilində “escortazofficial”“Telegram”səhifəsi və “escortaze.com” saytı vasitəsilə fahişəliyəcəlb edib. Zərərçəkənlər bu platformadan çıxmaq istədikdə o, həminqadınları barələrində rüsvayedici fotoşəkil və məlumat yaymaqlahədələyərək cinsi istismara məruz qoyub.
Araşdırmalarla X.H şərti adlı şəxsin cinayət yolu ilə əldəetdiyi pul vəsaitinin bir qismini kriptovalyuta formasında xariciölkələrin birində olan transmilli cinayətkar qrupun digər üzvlərinəgöndərdiyi müəyyən edilib.
Toplanmış sübutlar əsasında başlanmış cinayət işləri üzrə E.Q vəX.H təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib vəbarələrində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkantədbiri seçilib.
Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, insanalveri cinayətlərindən zərərçəkmiş şəxslər DİN-in İnsan Alverinəqarşı Mübarizə Baş İdarəsinə və ya 152 qaynar xəttinə müraciət edəbilərlər. Müraciət edən şəxslərin konfidensiallığı tam təminolunur.