AZ

Studiyada QORXULU ANLAR: Caz ifaçısını CƏRƏYAN VURDU – FOTO

Moskvada caz ifaçısı məşq zamanı mikrofondan cərəyan vurması nəticəsində xəsarət alıb

İnterpress.az xəbər verir ki, bu barədə “112” məlumat yayıb.

Moskvada studiyalardan birində caz ifaçısı Anna K. elektrik cərəyanı vurması səbəbindən xəsarət alıb. Hadisə ötən şənbə günü qrupun məşqi zamanı baş verib.

22 yaşlı vokalist bir əli ilə mikrofonu tutarkən, digər əli ilə cərəyana qoşulu olan telefonu götürüb. Elektrik sistemindəki nasazlıq səbəbindən cərəyan qızın bədənindən keçib.

Müğənninin anası Natalya hadisəni belə xatırlayıb: “Onu güclü titrətmə tutdu, yerə yıxıldı və bundan sonra cərəyan kəsildi. Qızım deyirdi ki, nə mikrofonu, nə də telefonu əlindən buraxa bilməyib. Yəqin ki, əzələlərində elə bir qıcolma yaranıb ki, əllərini aça bilməyib”.

Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb. Xoşbəxtlikdən, cərəyan qızın ürəyinə ciddi zərər vurmayıb, o, yalnız əllərindən ağır yanıq xəsarətləri alıb.

Hazırda vəziyyəti stabil olan müğənniyə bir sıra tibbi müayinələr təyin edilib və o, tezliklə evə buraxılacaq.

 

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
1
interpress.az

1Mənbələr