AZ

ABŞ və İranın Pakistandakı yeni danışıqlar raundunun tarixi təyin edilməyib

ABŞ

ABŞ və İran arasında yenidən İslamabadda keçirilməsi gözlənilən yeni danışıqlar raundunun müddəti hələlik müəyyən olunmayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Pakistan XİN-dəki mənbə Al Jazeera telekanalına məlumat verib.

"ABŞ və İran arasındakı ikinci danışıqlar raundunun müddəti və ya tarixi hələ təyin edilməyib", — deyə telekanalın həmsöhbəti bildirib.

O, həmçinin təsdiqləyib ki, Pakistan tərəfi "ABŞ və İran arasında ikinci danışıqlar raundunun İslamabadda keçirilməsini təklif edib".

Məryəm Quliyeva

Seçilən
0
1
xalqcebhesi.az

2Mənbələr