ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Festivlın təşkilatçısı, Azərbaycan Yazıçılar Birliyi mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza bu barədə paylaşım edib. O, bildirib ki, festival bu il may ayımın 22-dən 26-na qədər Elmlər Parkında, yəni Milli Elmlər Akademiyasının Hüseyn Cavid prospektindəki binasının qarşısınsakı parkda hər gün saat 11-dən 19.30-dək keçiriləcək.
Festivalda kitab təqdimatları olacaq, imza günləri təşkil ediləcək. Eyni zamanda yazıçıların oxucularla görüşləri keçiriləcək. Şairlər öz şeirıərini oxuyacaq, kitaların, əsərlərin müzakirəsi keçiriləcək. Həmçinin tədbirdə konsert proqramları da yer alacaq, filmlər göstəriləcək.
Xatırladaq ki, Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı 2022-ci ildən başlayaraq, hər il keçirilir. Festivalda Türkiyənin və başqa türk dövlətlərinin də yazıçıları, şairləri, mədəniyyət xadimləri iştirak edir.
S. Əhmədli, bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.