AZ

Diqqətdən kənarda qalan Pirşağı kəndinin həll edilməyən problemləri hər yağışdan sonra təkrar gün üzünə çıxır Video

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Bəzən bir kəndin hekayəsi onun mərkəzində deyil, kənarda qalan küçələrində gizlənir. Bir neçə il əvvəl ölkə başçısının Pirşağıya səfəri zamanı verilən tapşırıqlar kəndə ümid gətirmişdi. Deyilmişdi ki, yollar təmir olunacaq, infrastruktur yenilənəcək, Pirşağı daha cəzbedici bir kəndə çevriləcək. Amma zaman keçdikcə o ümidlərin səsi yavaş-yavaş azaldı. Çünki dəyişən əsasən görünən hissələr oldu. Mərkəzi küçələr səliqəyə salındı, asfalt çəkildi. Amma kəndin içərilərinə doğru getdikcə mənzərə dəyişir. Sanki diqqət də yol kimi yarıda kəsilir.

Son günlər yağan güclü yağışlar bu fərqi daha aydın göstərdi. Pirşağının daxili küçələri suyun içində qaldı. Bəzi yollar elə vəziyyətə düşdü ki, nə piyada keçmək mümkün idi, nə də avtomobillə hərəkət etmək. Palçıq, yığılan su insanları evlərinə getməkdə çətinlik yaratmışdı. Küçələr sadəcə keçilməz olmuşdu. Bu mənzərəyə əlavə olaraq bəzi yerlərdə zibil qablarının daşması kəndin başqa bir problemini də üzə çıxardı. Bu, artıq təkcə rahatlıq yox, həm də sağlamlıq məsələsinə çevrilir.

Pirşağıda problem təkcə yağış deyil. Problem odur ki, görülən işlər bütün deyil. Bir tərəf abadlaşır, digər tərəf isə eyni vəziyyətdə qalır. Çünki bir kəndi gözəl edən təkcə onun mərkəzi deyil. Əsas olan o küçələrdir ki, hər gün insanların həyatından keçir. Pirşağının da əsl hekayəsi, məhz o küçələrdə yazılır. Bu küçələr isə diqqətdən kənardadır.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
bizimyol.info

1Mənbələr