AZ

Kənan bacımı zibilə görə söydü Bərdədəki hadisəyə görə 4 illik həbs olundu

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bərdə rayonunda 1984-cü il təvəllüdlü Kənan həmyerlisi Abbasa (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 2-də baş verib. Kənan həmin gün saat 18 radələrində rayonun Alaçadırlı kəndi ilə Meşəçilik qəsəbəsi aralığında yaşayış sahəsi olmayan ərazidə yerləşən məişət tullantılarının töküldüyü yerə gəlib.O, məişət tullantıları yığan zaman qəsəbədə yaşayan Abbas ilə onun bacısı Ülkərin ünvanına məlum hadisədən 3-4 gün əvvəl nalayiq ifadələr işlətməsi səbəbindən mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı yerdən götürdüyü daşla Abbasın sağ baldır nahiyəsinə qəsdən bir zərbə vuraraq yerə yıxıb. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Kənanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Kənan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Abbas avtomobili onun üzərinə doğru hərəkət etdirib və onlar bir-birlərinə daş atıblar.Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, fərdi əməklə məşğuldur: “Əvvəllər Abbasla mübahisəm yaşamayıb, onu tanımamışam. Bizim mübahisəmiz Abbasın mənə məişət tullantıları toplanılan əraziyə gəlməməyimi bildirdiyi üçün yaranıb. Mən növbəti dəfə zibillik olan əraziyə getdiyim zaman Abbas avtomobili üzərimə doğru hərəkət etdirib. Mən də Abbasa bir dəfə daş atmışam. Lakin hansı nahiyyəsinə dəydiyini görməmişəm. Mən “ASAN” Xidmətə vəsiqəmi götürmək üçün gedən zaman saxlanılmışam. Həmçinin atdığım daşın nəticəsində sözügedən xəsarətlərin yarana bilməyəcəyini də bildirmişəm. Mənim atdığım daş o qədər də böyük olmayıb”. İş üzrə zərərçəkmiş Abbasın sözlərinə görə, hadisə baş verməmişdən öncə bacısı və Kənan arasında mübahisə yaşanıb: “Kənan bizim topladığımız tullantı materiallarını götürən zaman bacım ona “götürmə, onlar bizimdir” deyə bildirib. Kənan isə bacıma söyüşlü ifadələr işlədərək üzərimə bıçaq çıxardı. Bu əsnada bacım polisə şikayət edəcəyini bildirmişdi və Kənan da yenidən söyüşlü ifadələrdən istifadə edərək həmin yerdən uzaqlaşdı”. Zərərçəkmiş deyib ki, daha sonra Kənanı onlara məxsus heyvanlar olan ərazidə görüb: “Kənandan orada nə axtardığını soruşdum. O, bizə aid tullantı materiallarını yığdığını söylədi. Mən həmin tullantı materiallarının bizə məxsus olduğunu və onların topladığımı söylədim. Kənana başqa yerdən tullantı materialları toplamasını bildirdim. Lakin o, təkidlə həmin tullantı materiallarını götürəcəyini bildirdi. Bundan sonra aramızda mübahisə yarandı. Kənan mənə daş ataraq, dəmiryolu istiqamətində qaçdı. Mən də onun getdiyini ehtimal etdim və arxasınca gedərək hansı istiqamətdə getdiyinə baxmaq istəyən zaman mənə yenə daş atdı. Mənim də aldığım zərbə nəticəsində ayağım sındı”.Zərərçəkmiş bildirib ki, Kənanın üzərində bıçaq olub, onda isə bıçaq olmayıb:“Mən Kənanı vurmamışam və onun üzərinə atdığım daş da ona dəyməyib. Kənanın mənim üzərimə atdığı daşı görməmişəm. Lakin daşın böyük olduğunu və 20 metr məsafədən atıldığını ehtimal edirəm. Mənim ayağım Kənan tərəfindən atılan daş nəticəsində sınıb və o, mənə heç bir köməklik göstərməyib. Hadisə baş verən zaman qonşum Vaqif gələrək səs-küy salıb. Bundan sonra Kənan hadisə yerindən uzaqlaşıb”. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
demokrat.az

1Mənbələr