ain.az, Demokrat.az saytına istinadən bildirir.
Sürücülərin sükan arxasında telefonla danışması artıq süni intellekt tərəfindən daha ciddi nəzarətə götürülür. Rusiyada "Avtodor" yollarda təhlükəsizliyi artırmaq məqsədilə qəza komissarlarının avtomobillərindəki kameraların funksionallığını genişləndirib.Şirkət rəhbəri Vyaçeslav Petuşenko bildirib ki, hazırda magistral yollarda fəaliyyət göstərən 164 ekipaj süni intellekt dəstəyi ilə yol şəraitini təhlil edir. İndiyə qədər M-4 "Don", M-11 "Neva" və M-12 "Vostok" yollarında sürət həddini aşanları müəyyən edən bu sistemlər artıq yeni imkanlar qazanıb. Bu ildən etibarən kameralar yalnız sürəti deyil, həm də təhlükəsizlik kəmərindən istifadə etməyən, sükan arxasında telefonla danışan və yol kənarında qanunsuz dayanan sürücüləri də qeydə alacaq.Təhlükəsizlik tədbirləri artıq öz bəhrəsini verməyə başlayıb. Ötən ilin nəticələrinə görə, yol şəbəkəsinin genişlənməsinə baxmayaraq, "Avtodor" yollarında qəzaların sayı 11 faizdən çox azalıb. Ölüm halları isə 18 faiz enib. Petuşenko qeyd edib ki, innovativ üsullar, o cümlədən M-12 magistralında tətbiq edilən musiqili nişanlanma xətləri də qəza riskini minimuma endirir. Müəyyən sürətlə hərəkət edərkən musiqi sədaları yayan bu yollarda hələlik heç bir yol-nəqliyyat hadisəsi baş verməyib.Azərbaycanda da sükan arxasında telefondan istifadəyə görə nəzarət mexanizmlərinin sərtləşdirilməsi və innovativ texnologiyaların tətbiqi son dövrlər əsas müzakirə mövzularından biridir. Rusiya yollarında tətbiq edilən bu yenilik, analoji qaydaların və texnoloji həllərin ölkəmizdəki perspektivini yenidən gündəmə gətirir.Hazırda Azərbaycan qanunvericiliyinə əsasən, sükan arxasında mobil telefondan istifadəyə görə 50 manat məbləğində cərimə nəzərdə tutulur. Daxili İşlər Nazirliyi və Baş Dövlət Yol Polisi İdarəsi mütəmadi olaraq bu istiqamətdə reydlər keçirsə də, bir çox hallarda qayda pozuntuları yalnız fiziki yoxlamalar və ya mövcud müşahidə kameralarının görüntüləri əsasında aşkarlanır."Avtodor"un tətbiq etdiyi süni intellekt əsaslı sistemin oxşar versiyalarının gələcəkdə Bakı-Quba və ya Bakı-Qazax kimi magistral yollarda quraşdırılması, həm sürət həddinə, həm də kəmər və telefon istifadəsinə avtomatlaşdırılmış nəzarəti daha da effektiv edə bilər.İsmayıl
Demokrat.az Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.