AZ

Gənc oğlan və qızlar Masazırda motosikletlə təhlükəli hərəkətlər etdilər –YOL POLİSİ ARAŞDIRMAYA BAŞLADI

Sosial şəbəkələrdə Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində bir qrup gəncin (aralarında qızlar da var) 3 ədəd motosikletlə qaydaları kobud şəkildə pozmasını əks etdirən görüntüər yayılıb.

 

Həmin görüntülərdən aydın olur ki, motosikletlərin bəzlərinin sürücüləri və sərnişinləri motodəbilqə taxmayıblar, üstəlik onlara irad bildirənlərə qarşı nalayiq hərəkətlər etməklə cavab verirlər. Xüsusən də sərnişin qızlardan biri...

 

Senzor.az-ın məlumatına görə, məsələ ilə bağlı KİV-in sorğusuna cavab olaraq DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, sözügedən görüntülər araşdırılır: “Bir daha motosiklet sürücülərinə müraciət edərək, idarəetmə zamanı yol hərəkəti qaydalarına ciddi riayət olunmasına, mütləq qaydada motodəbilqədən və digər qoruyucu vasitələrdən istifadəyə çağırırıq”. 

 

Həmin görüntüləri təqdim edirik:


Seçilən
15
senzor.az

1Mənbələr