AZ

Çin Yaxın Şərqlə bağlı plan təklif etdi Detallar

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Çin Yaxın Şərqdəki vəziyyətin sülh yolu ilə tənzimlənməsi üçün dörd maddədən ibarət plan təklif edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.

“Çin Prezidenti Si Cinpinin planı region ölkələri arasında sülh şəraitində birgə yaşayış prinsipinin qorunmasını, dövlətlərin suverenliyinə hörməti, beynəlxalq hüququn gücləndirilməsini və təhlükəsiz şəraitdə bütün sahələr üzrə inkişaf koordinasiyasını nəzərdə tutur”, – məlumatda qeyd olunur.

Si Cinpin bildirib ki, Fars körfəzi və ümumilikdə Yaxın Şərq ölkələri arasında münasibətlərin yaxşılaşdırılması dəstəklənməli, qarşılıqlı əməkdaşlığa əsaslanan, dayanıqlı və ümumi təhlükəsizlik arxitekturasının qurulması təşviq edilməlidir.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
globalinfo.az

1Mənbələr