AZ

Gəncədə vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinlənilib

Bakı, 14 aprel, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Gəncədə Gəncə şəhəri, Göygöl, Samux və Daşkəsən rayonlarının sakinlərini qəbul edib.

ƏMDX-dən AZƏRTAC-a bildirilib ki, qəbulda 15 vətəndaşın müraciəti dinlənilib.

Qəbula gələnlər daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qeydiyyatı, kadastrı, torpaqların təyinatının dəyişdirilməsi, sərhədlərinin dəqiqləşdirilməsi, islahat zamanı ayrılmış pay torpaqlarının qeydiyyatı zamanı qarşıya çıxan uyğunsuzluqların aradan qaldırılmasına və dürüstləşdirilmə işlərinin sürətləndirilməsinə dəstək göstərilməsi və digər məsələlər barədə müraciət ediblər.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.

Seçilən
11
1
azertag.az

2Mənbələr