İspaniyanın Baş naziri Pedro Sançes Pekinə rəsmi səfəri zamanı Çini dünyada sülhün möhkəmləndirilməsində daha fəal rol oynamağa, qlobal münaqişələrin həllində daha yaxından iştirak etməyə və beynəlxalq sabitliyin təmin edilməsinə töhfə verməyə çağırıb.
Məlumatı “Euronews” verib.
İspaniya hökumətinin başçısı geosiyasi gərginliklər fonunda Çin kimi böyük dövlətlərin münaqişələrdə vasitəçi kimi çıxış etməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, İspaniya hökuməti Çinlə əsasən texnologiya, innovasiya və sənaye investisiyaları kimi strateji sahələrdə ikitərəfli əməkdaşlığı gücləndirməyi hədəfləyir.
Səfəri zamanı Sançes texnologiya şirkətlərinin nümayəndələri ilə də görüşüb və İspaniyanın strateji sahələrdə investisiya cəlbinə və əməkdaşlığa marağını vurğulayıb.
P.ƏMİRCANOV
XQ