AZ

İnflyasiya uşaqlarda inkişaf problemlərinə səbəb olur – Yeni araşdırma


Ərzaq qiymətlərinin artması (inflyasiya) nəticəsində uşaqlarda boy qısalığı və gələcək illərdə piylənmə riskinin yüksəldiyi müəyyən edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Global Food Security” jurnalında dərc olunan məqalədə qeyd olunub.
Məlumata görə, tədqiqat zamanı alimlər 1997–2000-ci illərdə ərzaq qiymətlərindəki artımı müqayisə ediblər. Bu məlumatlar həm uşaqlıq dövründə, həm də sonrakı illərdə (17–23 yaş aralığında) bədən ölçülərini izləməyə imkan verib.
Nəticələr göstərib ki, iqtisadi çətinliklər dövründə ailələr əsasən qida miqdarını deyil, daha çox keyfiyyətli və vitaminlərlə zəngin məhsullardan imtina edir. Bu isə gizli qida çatışmazlığı yaradaraq uşaqlarda boy artımının ləngiməsinə səbəb olur.
Qeyd olunub ki, erkən yaşlarda bu cür qidalanma problemi yaşayan şəxslərdə sonrakı illərdə bədən çəkisinin artması və piylənmə ehtimalı daha yüksəkdir.
Seçilən
4
1
yeniavaz.com

2Mənbələr