AZ

Qadınların rəqəmsal və iqtisadi inkişafda rolu artır - Bahar Muradova

Bakı. Trend:

Azərbaycanda qadın sahibkarlar böyük iqtisadiyyatda, dayanıqlıkənd təsərrüfatında aktiv şəkildə iştirak edirlər.

Trend xəbərverir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsinin sədri Bahar Muradova Asiyada Qarşılıqlı Fəaliyyət vəEtimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində bu gün Bakıdakeçirilən “AQEM məkanında davamlı inkişaf naminə qadınlarınsəslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın açılışmərasimində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, qadınlar həm rəqəmsal mühitdə, həm də ətrafmühit sahəsində fəaliyyət göstərirlər:

"Siyasətlərin effektivliyini gücləndirmək isə yalnız nəzəriyanaşmalarla deyil, eyni zamanda real təcrübələrləölçülməlidir.

Hər il dövlət komitəsi illik icraat hesabatını Milli Məclisətəqdim edir. Üç əsas sənəd mövcuddur və bunlara rəqəmsal inkişaf,gender bərabərliyi və rəqəmsal təhlükəsizlik məsələləridaxildir.

Eyni zamanda, paralel olaraq, qadınların beynəlxalqplatformalara cəlb olunma inklüzivliyi artırır. AQEM QadınlarŞurasının yaradılması və mandatının praktik müstəviyə keçirilməsiüzv dövlətlər arasında əhəmiyyət daşıyır. Xüsusi vurğulamaqistəyirəm ki, güclü təşəbbüslər və fəaliyyət planı vasitəsilə artıquzun müddətdir toplanmış təcrübəni praktikaya çevirməkmümkündür".

Komitə sədri qeyd edib ki, bu konfransın keçirilməsinin məqsədiGender bərabərliyinin davamlı gələcəyin sosial-iqtisadi inkişafındaroluna diqqət çəkməkdir.

"Qadınların süni intellekt sahəsinə və rəqəmsal inkişafa cəlbi,onların bu proseslərdə birbaşa iştirakı əsas məsələlərdəndir. Bu,qadınların sosial dayanıqlılığını artırır".

Seçilən
1
az.trend.az

1Mənbələr