BAKI, 14 aprel. TELEQRAF
Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş sədr müavini Timur Şabdanbekov saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Timur Şabdanbekov vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinir. O, Qırğızıstan Hərbi Prokurorluğu tərəfindən saxlanılıb.
Şabdanbekovdan başqa, bu iş üzrə “Red Petroleum” şirkətinin rəhbəri Akılbek Mamatov, Dövlət Əmlakının İdarə Edilməsi Fondunun keçmiş rəhbərinin müavini Bekzat Abdikaxarov və Dövlət Təhlükəsizlik Komitəsinin bir neçə keçmiş və hazırkı əməkdaşı da saxlanılıb.
Cinayət işinin təfərrüatları, eləcə də təqsirləndirilən şəxslərin rollar hələlik açıqlanmayıb.
Xatırladaq ki, Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş sədr müavini Daniel Rısaliyev dünən Bişkekdə saxlanılıb.
Həbslər 2026-cı ilin fevralında başlayan Təhlükəsizlik Komitəsində kadr dəyişiklikləri fonunda baş verir.