2025-ci ilin yekununda Azərbaycan banklarının ipoteka krediti portfelinin dəyəri 4,6 milyard manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, bu, 2024-cü ilin yekunu ilə müqayisədə 8,4 % və yaxud 356 milyon manat çoxdur.
Artımın 251 milyon manatlıq hissəsi dövlət ipotekası proqramı, 105 milyon manatlıq hissəsi isə bankların daxili ipoteka proqramı vasitəsilə olub. Hazırda, dövlət hesabına verilmiş ipoteka kreditləri ümumi ipoteka portfelinin 55,9 %-ni (2,57 milyard manat), bankların öz vəsaitləri hesabına verilmiş ipoteka məbləği isə portfelin 44,1 %-ni (2,03 milyard manat) təşkil edir.