AZ

Tramp niyə hakimləri kütləvi şəkildə qovur?

BAKI,TurkicWorld, Orxan Qədirzadə

ABŞ-da Donald Tramp administrasiyası miqrasiya siyasətinə qarşı çıxan hakimlərə qarşı kəskin addımlarını davam etdirir.

TurkicWorld xəbər verir ki, Milli Miqrasiya Hakimləri Assosiasiyasının yaydığı məlumata görə, ötən həftənin əvvəlində 6, cümə günü isə daha 3 hakim vəzifəsindən kənarlaşdırılıb. Bununla da 2025-ci ilin yanvarından bəri işdən çıxarılan miqrasiya hakimlərinin sayı 113-ə çatıb. Assosiasiya bu qərarları "ixtiyari və əsassız" adlandıraraq, hakimlərin heç bir hüquqi prosedur və izahat verilmədən qovulduğunu bəyan edib.

Vəzifəsindən azad edilənlər arasında xüsusilə Massaçusets ştatından olan hakimlər Rubal Patel və Nina Frois diqqət çəkir. Hər iki hakim fələstinli tərəfdarı olan əcnəbi tələbələrin ABŞ-dan deportasiya edilməsi cəhdlərini blokladıqları üçün hədəfə alınıblar. Onlar Kolumbiya və Tufts universitetlərinin doktorant və tələbələrinin ölkədən çıxarılmasına mane olmuşdular. Tramp administrasiyasının bu addımı, hökumətin sərt xəttinə tabe olmayan məhkəmə sistemini "təmizləmək" və deportasiya proseslərini sürətləndirmək istəyi kimi qiymətləndirilir.

ABŞ-da fələstinli tərəfdarı olan tələbə etirazlarının 50-dən çox universitetə yayıldığı bir vaxtda, Tramp administrasiyası bu səsləri boğmaq üçün deportasiya və universitetlərin maliyyələşdirilməsini dayandırmaqla hədələyir. Co Bayden dövründə təyin olunan bu hakimlərin qovulması, Vaşinqtonun həm miqrasiya, həm də Yaxın Şərq siyasətində daha radikal bir yola girdiyini göstərir. Analitiklər hesab edir ki, bu proses kütləvi deportasiyaların qarşısındakı hüquqi maneələri aradan qaldırmaq məqsədi daşıyır.

Seçilən
4
turkic.world

1Mənbələr