AZ

"Dövlət satınalmalarında şəffaflığın gücləndirilməsi vacibdir"- Vüqar Bayramov

Dövlət satınalmaları Hesablama Palatası tərəfindən yoxlanılan əsas istiqamətlərdən biridir və bu sahə audit nəticələrində pozuntuların qeydə alındığı əsas istiqamətlər sırasında qalır.

Bu sözləri iqtisadçı Vüqar Bayramov QHT.az-a açıqlamasında deyib. O bildirib ki, dövlət satınalmalarında qaydaların pozulması halları büdcə qanunvericiliyinin pozulmasından sonra ikinci ən geniş yayılmış istiqamətlərdəndir.

“Əvvəlki illərlə müqayisədə bu sahədə azalma müşahidə olunur və bu, yeni qanunvericilik dəyişikliklərinin və tətbiq olunan standartların nəticəsidir”, – deyə iqtisadçı bildirib.

O əlavə edib ki, Dövlət Satınalmaları Haqqında Qanunun yenilənməsi bu prosesdə əsas rol oynayıb. “Qanunvericilikdəki dəyişikliklər dövlət satınalmalarında daha sistemli və şəffaf mexanizmlərin formalaşmasına şərait yaradıb”.

“Dövlət satınalmalarında şəffaflığın artırılması və nəzarətin gücləndirilməsi əsas prioritet istiqamətlərdəndir. Tenderlərin daha açıq və rəqabətli keçirilməsi, həmçinin qiymət fərqlərinin azaldılması vacib hədəflərdəndir”.

“Rəqəmsal həllərin və süni intellekt texnologiyalarının tətbiqi bu sahədə şəffaflığın daha da gücləndirilməsinə imkan yarada bilər. Bu yanaşmalar satınalma proseslərində risklərin azalmasına və səmərəliliyin artmasına xidmət edir”.

Zəhra Ağayeva

Seçilən
28
qht.az

1Mənbələr