ABŞ-ın vitse-prezidenti Cey Di Vens Vatikanı sərt tənqid edərək, kilsəni siyasi bəyanatlar vermək əvəzinə öz daxili mənəvi problemləri ilə məşğul olmağa çağırıb.
Publika.az xəbər verir ki, Vens bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. O, Roma Papasının ABŞ-ın xarici siyasətinə müdaxiləsini qəbulolunmaz adlandırıb: "Vatikan üçün ən yaxşısı mənəvi məsələlərlə və Katolik kilsəsində baş verənlərlə məşğul olmaqdır. Birləşmiş Ştatların prezidenti isə Amerikanın dövlət siyasəti ilə məşğul olacaq".
Qeyd edək ki, bu gərginlik Roma Papası XIV Lev ilə ABŞ Prezidenti Donald Tramp arasında Yaxın Şərqdəki hərbi əməliyyatlarla bağlı yaranan fikir ayrılığından sonra pik həddə çatıb. Belə ki, aprelin 7-də Papa İtaliyadakı çıxışı zamanı Trampın İrana qarşı təhdidlərini "tamamilə qəbulolunmaz" adlandırmışdı.
Prezident Tramp isə buna cavab olaraq aprelin 12-də XIV Levi kəskin tənqid edib. Tramp bildirib ki, pontifik öz postuna görə məhz ABŞ-a borcludur.