AZ

Bakıda "su bombası" təhlükəsi: Bu binalar hər an çökə bilər

Bakıda son vaxtlar müşahidə olunan intensiv yağışlar paytaxtın yaşayış binalarındakı köhnə bir problemi yenidən gündəmə gətirib: zirzəmilərin çirkli sularla dolması. Paytaxtın bir çox hissəsində, xüsusən də kanalizasiya sisteminin həddindən artıq yükləndiyi ərazilərdə sakinlər üfunət qoxusundan və binaların özülünə sızan sulardan ciddi şəkildə narahatdırlar. Yağış sularının drenaj sistemləri vasitəsilə kənarlaşdırıla bilməməsi nəticəsində yaranan bu gölməçələr sadəcə görüntü çirkliliyi deyil, həm də çoxmərtəbəli binaların konstruksiyasını içəridən məhv edən gizli bir təhlükəyə çevrilib. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu vəziyyət davam edərsə, yaxın gələcəkdə binaların qəfildən çökməsi və kütləvi insan tələfatı ilə nəticələnən faciələrin yaşanması qaçılmazdır.

Publika.az xəbər verir ki, bunu NOCOMMENT.az-a açıqlamasında tikinti sahəsi üzrə ekspert Camal Abuşov deyib.

O, qeyd edib ki, zirzəmilərə dolan su binanın təhlükəsizlik sütunlarını hədəf alır: “Zirzəmilərə dolan su sadəcə rütubət deyil, binanın özülünü daxildən gəmirən bir təhlükədir. Uzun müddət suyun içində qalan beton və metal konstruksiyalar korroziyaya uğrayır, bu da binanın dayanıqlığını sıfıra endirir. Əgər tədbir görülməsə, biz paytaxtda binaların kütləvi aşınması və hətta dağılması ilə üz-üzə qala bilərik”.

Bakının

Ekspertin sözlərinə görə, bu problemə ən çox relyef baxımından çökəklikdə yerləşən və qrunt sularının səviyyəsinin yüksək olduğu zonalarda rast gəlinir: “Xüsusilə Binəqədi, Sabunçu (Xırdalan və Masazır ətrafları daxil olmaqla) və Suraxanı rayonlarında həm fərdi, həm də çoxmərtəbəli binaların zirzəmiləri yağışdan sonra ciddi təhlükə mənbəyinə çevrilir. Binəqədi rayonunun bəzi hissələri, eləcə də Xətai rayonunun köhnə sənaye zonalarına yaxın yaşayış binaları bu baxımdan ‘qırmızı zona’ hesab olunur. Relyefin təbii olaraq dəniz səviyyəsindən aşağı və ya ona yaxın olduğu bu ərazilərdə suyun təbii axarı olmadığı üçün kanalizasiya sistemi çökür və bütün çirkli sular binaların bünövrəsinə yığılır”.

Seçilən
3
1
publika.az

2Mənbələr