AZ

ABŞ-nin 200 milyonluq casus dronu Fars körfəzində yoxa çıxdı - Aviationist

ABŞ Hərbi Dəniz Qüvvələrinin ən müasir kəşfiyyat vasitələrindən sayılan MQ-4C "Triton" pilotsuz uçuş aparatı Fars körfəzi üzərində müəmmalı şəkildə radarlardan itib.

Ölkə.Az xəbər verir ki, bu barədə "The Aviationist" nəşri bildirib.

Uçuşların izlənməsi sistemlərindən (OSINT) sızan məlumatlar mənzərənin kifayət qədər dramatik olduğunu göstərir. 52 min fut yüksəklikdə (təxminən 16 km) strateji müşahidə aparan PUA, qəfildən 7700 (Fövqəladə vəziyyət) kodu yayımlamağa başlayıb. Cəmi 15 dəqiqə ərzində sürətlə hündürlüyü itirən aparatın siqnalı İran sahillərinə yaxın ərazidə tamamilə kəsilib.

İtaliya yerinə İran istiqaməti?

Hadisənin ən müəmmalı tərəfi isə PUA-nın marşrutudur. İtaliyadakı "Siqonella" bazasına qayıtmalı olan "Triton", gözlənilmədən kursunu dəyişərək İranın hava məkanına doğru yönəlib.

Ekspertlər bunu iki səbəblə əlaqələndirirlər:

Elektron müdaxilə: GPS siqnallarının aldadılması (spoofing) nəticəsində PUA-nın idarəetməsinin ələ keçirilməsi.

Fiziki zərbə: Aparatın hava hücumundan müdafiə sistemləri tərəfindən hədəf alınması.

Vurulan və ya qəzaya uğrayan bu dron sadəcə bir texnika deyil. Qiyməti 200 milyon dollar olan "Triton" ABŞ-ın dəniz kəşfiyyatındakı "gözü və qulağı" hesab olunur. Pentaqon hələlik sükutu pozmasa da, bu hadisənin onsuz da kövrək olan regional sabitliyə ağır zərbə vuracağı qaçılmazdır.

Seçilən
12
1
olke.az

2Mənbələr