AZ

2 yaşında 28 hərf bilir VİDEO

Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bəzən uşaqlar məktəb yaşını gözləmədən öyrənməyə böyük maraq göstərir, hərflərlə erkən tanış olur. Onların bu həvəsi və sürətli qavrama qabiliyyəti isə diqqətdən yayınmır. Belə uşaqlardan biri də hələ 3 yaşı tamam olmadan 28 hərfi tanıyan Sadiqdir.

O, cəmi 2 yaş 9 aylıq olmasına baxmayaraq, artıq 28 hərfi tanıyır.

Bakıvaxtı.az uşağın anası ilə əlaqə saxlayıb. Sadiq hərfləri əsasən cizgi filmlərinə baxarkən öyrənib, daha sonra bilmədiklərini isə anası özü izah edib.

Ananın sözlərinə görə, o, övladının hərfləri mənimsəmə qabiliyyətini təsadüfən müşahidə edib: uşaq cizgi filmlərinə baxdıqdan sonra kitab üzərindəki yazılardakı hərfləri bir-bir deməyə başlayıb. 

Sadiq hələ yazmağı və sərbəst danışmağı bacarmır, sözləri kəlmə-kəlmə ifadə edir. Bununla yanaşı, o, rus dilində cizgi filmlərinə baxdığı üçün bəzi heyvan adlarını həmin dildə də tanıyır və səslərini ayırd edə bilir.

Görüntünü təqdim edirik:

Zeynəb Rzayeva

  Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
bakivaxti.az

1Mənbələr