Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün dünya çempionatı-2027-nin seçmə mərhələsində 3-cü oyununu keçirəcək.
QOL.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz Andorra yığması ilə qarşılaşacaq. Andorra la Vella şəhərindəki Milli Stadionda təşkil olunacaq görüşü Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Bu qrupun digər görüşündə Macarıstan Şimali Makedoniya ilə üz-üzə gələcək.
14 aprel
21:00. Andorra - Azərbaycan
Milli stadion
18:00. Şimali Makedoniya - Macarıstan
