AZ

“İran blokadanı aradan qaldıra bilmir” HƏRBİ ESKPERT

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“İslamabaddakı danışıqlar nəticə vermədi, əslində görüşdən əvvəl səslənən bəyanatlar ziddiyətli idi və nəticə də gözlənilmirdi”.

Bunu Gununsesi.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib:

“İrana verilən müddətin başa çatmasından az əvvəl görüşmək üçün razılıq verməsi, Tehranın son zərbələrdən çəkinməsini deməyə əsas verirdi.

Prosesin nəticəsiz qalmasına cavab olaraq ABŞ Hörmüz boğazını hər iki tərəfdən blokladı. Bu boğazdan 100-dən çox adda məhsul daşınır. ABŞ tərəfindən İran gəmilərinə xüsusi xəbərdarlıq da edilib.

Əgər İran bu müharibənin qalıb tərəfidirsə, ABŞ tərəfindən tətbiq edilən blokadanı “dəniz quldurluğü” adlandırmaq əvəzinə blokadanı sadəcə açmalı idi. Amma aça bilmir”.

Qeyd edək ki, ötən gün ABŞ və İran nümayəndələri arasında danışıqların ilk mərhələsi keçirilib. Müzakirələr davam etdirilir.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
icma.az

1Mənbələr