AZ

Türkiyə qədər heç bir ölkə bizə dost və yaxın ola bilməz- ÖZƏL

"Türkiyə Ermənistanın Azərbaycana qarşı düşmən və işğalçı siyasətinə görə hələ də bu ölkə ilə sərhədləri açmır".Olaylar xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Türkiyə Azərbaycanın qardaş ölkəsidir və biz Türkiyə ilə birgə bir çox uğurlara imza atmışıq. Qarabağ müharibəsində Türkiyə və Pakistan Azərbaycana siyasi dəstək verib. 

Türkiyə qədər heç bir ölkə bizə dost və yaxın ola bilməz. 1918-ci ildə bizim Cümhuriyyət qurmağımıza kömək edən, daşnak ermənilərin soyqırımından qurtaran türk qardaşlarımız olub. 

Keçmiş SSRİ vaxtında Türkiyənin diqqəti Azərbaycana olub. İkinci Qarabağ müharibəsində Türkiyə bəzi dövlətləri neytrallaşdırdı. F16 qırıcıları Azərbaycana göndərdi. 2001-ci ildə İranın aqressiyadan bizi müdafiə edən Türkiyə oldu. 
Bu gün İsrailin Baş naziri və onun hökumət üzvləri qardaş Türkiyəyə qarşı düşməncəsinə hərəkət edir. İsrail başa düşmür ki, Türklər tarix boyu yəhudiləri qoruyub. Onlara şərait yaradıb. Yəhudilər yalnız türklərin arasında yaşayanda təhlükəsiz olublar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
olaylar.az

1Mənbələr