
Türkiyənin paytaxtı Ankaranın Böyükşəhər Bələdiyyə başçısı Mansur Yavaş barədə istintaq aparılması üçün rəsmi icazə verilib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi 2023-cü il seçkiləri dövründə Karabükdə keçirilən mitinq zamanı bələdiyyəyə məxsus nəqliyyat vasitələrinin istifadə edildiyi iddiası əsasında araşdırma başlanmasına razılıq verib.
İddialara əsasən, həmin mitinqlərdə Ankara Böyükşəhər Bələdiyyəsinin resurslarından istifadə olunub. Nazirlik bu məsələ ilə bağlı inzibati məsuliyyət çərçivəsində istintaq aparılmasını məqsədəuyğun hesab edib.
Məsələ ilə bağlı Ankara Böyükşəhər Bələdiyyəsi açıqlama yayıb. Açıqlamada bildirilir ki, qərarda Yavaşın hər hansı göstəriş verdiyinə dair konkret sübut və ya fakt yoxdur.