AZ

İran neft gəlirlərini infrastrukturun bərpasına cəlb etməyə çalışır

BAKI,TurkicWorld, Orxan Qədirzadə

İranın neft naziri Möhsin Paknejad son iki ayın satış göstəricilərini "qənaətbəxş" adlandıraraq, əldə olunan gəlirlərin bir hissəsinin sənaye sektorunun yenidən qurulmasına sərf ediləcəyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, nazir qeyd edib ki, bu vəsaitlər xüsusilə müharibə və sanksiyalar nəticəsində zərər görmüş sənaye infrastrukturunun bərpası üçün strateji əhəmiyyət kəsb edir.

Hökumətin bu addımı, ölkənin xarici valyuta ehtiyatlarını daxili istehsalın modernləşdirilməsinə yönəltmək strategiyasının bir hissəsidir. Neft satışından gələn vəsaitlərin sənayeyə transferi, həmçinin iş yerlərinin bərpası və daxili bazarın canlandırılması məqsədi daşıyır. Paknejadın bəyanatı göstərir ki, Tehran beynəlxalq təzyiqlərə baxmayaraq, enerji ixracını stabilləşdirməyə və bu resursları iqtisadi infrastrukturun "reanimasiyasına" cəlb etməyə nail olub.

Seçilən
8
turkic.world

1Mənbələr