AZ

Bu gün şəhid Əli Rzayevin doğum günüdür

Əli Rzayev 1988-ci il aprelin 14-də Gədəbəy rayonunun Novosaratovka kəndində anadan olub.Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Əli Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Əli Rzayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Dekabrın 18-də Gədəbəy rayonunda dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və "Füzulinin azad olunması uğrunda" medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Rzayev Əli  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Seçilən
21
qht.az

1Mənbələr