AZ

Bank sektorunun kredit portfelinin dollarlaşması tarixi minimuma enib - AMB

Bakı. Trend:

Bazar üzrə dedollarlaşma trendləri davam edir. 2025-ci ilərzində bank sektoru üzrə kredit portfelinin dollarlaşması 1.9 faizbəndi azalaraq 14.2% (tarixi minimum) olub. Depozit portfelinindollarlaşması 2024-cü ilin sonuna nisbətdə 1.9 faiz bəndi azalaraq35.6% təşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bundan başqa, məlumatda qeyd edilib ki, fiziki şəxslərinəmanətləri üzrə dedollarizasiya prosesi davam etməkdədir. Belə ki,2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ildə fiziki şəxslərinmüddətli depozitləri üzrə dollarlaşma 3.5 faiz bəndi azalaraq31.4%, tələbli depozitləri üzrə isə 1.4 faiz bəndi azalaraq 31.6%olub.

“Hüquqi şəxslərin müddətli depozitləri üzrə dollarlaşma 4.7 faizbəndi artaraq 57.2% təşkil edib. Xarici valyutada hüquqi şəxslərintələbli depozitlərinin cəmi depozit portfelində payı isə 2.6 faizbəndi azalaraq 32.7% olub”, - məlumatda vurğulanıb.

Məqalədə:
Seçilən
14
1
az.trend.az

2Mənbələr