Misli Premyer Liqasının 28-ci turunda baş tutacaq "Qarabağ" - "Sabah" oyununun biletləri bu gün saat 15:00-dan etibarən satışa çıxarılacaq.
Offsideplus.az xəbər verir ki, azarkeşlər biletləri onlayn qaydada iTicket.az saytından, aprelin 16-dan etibarən isə həmçinin Park Bulvardakı fanşopdan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.
Qiymətlər sektorlardan asılı olaraq 5-20 manat arasında dəyişir.
Qeyd edək ki, aprelin 18-də keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq.