AZ

Qalmaqal: Trampa qarşı çıxan Baş nazirin həyat yoldaşı 4 ittihamla üzləşdi

İspaniya Baş naziri Pedro Sançesin həyat yoldaşı Maria Beqona Qomes barəsində aparılan istintaq çərçivəsində hazırlanmış ittiham aktı məhkəmə tərəfindən qəbul edilib.

Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yyaıb.

Bildirilib ki, Qomesə qarşı mənimsəmə, nüfuz alveri, kommersiya fəaliyyətində korrupsiya və dövlət vəsaitlərindən qanunsuz istifadə daxil olmaqla 4 ayrı maddə üzrə ittiham irəli sürülüb.

İstintaq materiallarına əsasən, Qomesin, baş nazirin həyat yoldaşı statusundan istifadə edərək müxtəlif qurumlarla imtiyazlı əlaqələr qurduğu və bəzi şirkətlərə haqsız üstünlüklər yaratdığı iddia olunur.

Araşdırma çərçivəsində Qomesin Monkloa Sarayındakı (Baş nazirin iqamətgahı) müşaviri Kristina Alvares və iş adamı Xuan Karlos Barrabes barəsində də cinayət işinin açılmasına qərar verilib. Hakim tərəflərə müdafiə üçün 5 gün vaxt verib.

Seçilən
4
publika.az

1Mənbələr