AZ

Zaqatalada fındıq sexində yanğın - 2 tona yaxın ləpə yararsız hala düşdü

Zaqatalada fındıq emalı müəssisəsində yanğın baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Zaqatala şəhərinin Faiq Əmirov küçəsində yerləşən, Xəlil İbrahimliyə məxsus fındıq emalı müəssisəsinin ləpə qurutma sexində qeydə alınıb.

Hadisə yerinə Zaqatala Rayon Yanğından Mühafizə Hissəsinin maşın və texnikası cəlb olunub, yanğının genişlənməsinin qarşısı dərhal alınıb.

Yanğın nəticəsində sexin 20 kvadratmetrlik hissəsinin yanar konstruksiyaları yanıb, 2 tona yaxın fındıq ləpəsi isə yararsız hala düşüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
6
1
bizim.media

2Mənbələr