AZ

İsrail Livana hücumu nəticəsində iki nəfər həlak olub

Dünən gecədən bəri İsrail ordusunun Livana hücumları nəticəsində iki nəfər həlak olub.Missiya.Az xəbər verir ki, bu barədə Livanın NNA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, İsrail ordusu Livanın cənubundakı Tibnin şəhərinə intensiv hücumlar həyata keçirib.

Hadisə zamanı şəhərin dövlət xəstəxanasına ciddi ziyan dəyib.

İsrail ordusu həmçinin Nəbatiyyə yaxınlığındakı Deyr Antar şəhərindəki bir evi bombalayıb, Musaylih-Nebatiye yolunda bir nəqliyyat vasitəsinə iki raket hücumu edib.Nəticəsində iki nəfər həlak olub. Çoxlu sayda yaralı var.

İlahə QənbərliMissiya.Az

Seçilən
23
missiya.az

1Mənbələr