AZ

Karrik narazıdır: “Əleyhimizə qərarlar verilir”

futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının XXXII turunda “Lids”ə uduzub – 1:2.

Futbolpress.az “Sky Sports”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Maykl Karrik matçdan sonra oyunun hakimliyindən narazılıq edib:

“Oyuna yaxşı başlamadıq. Rəqibin qayda pozuntusu etməsinə baxmayaraq, vurduğu qol qeydə alındı. Qol ləğv olunmalı idi, amma etmədilər. Bu, oyunda vacib məqamlardan idi.

İkinci hissədə isə azlıqda qaldıq. Lisandro Martines kobud oynamamasa da, meydandan qovuldu. Bilmirəm, hakimlər onun davranışını necə aqressiv adlandıra bilər? Ən pisi odur ki, VAR-a baxandan sonra da qərar dəyişmədi. Artıq iki oyundur, əleyhimizə qərarlar verilir. Bu görüş isə karyeramda yaşadığım ən pis matçlardan idi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
futbolpress.az

2Mənbələr