Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Respublika Dövlət başçısının müvafiq Sərəncamı ilə Süleyman Mikayılov yanvarın 30-da Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Artıq 2 aydan artıqdır ki, icra başçısı vəzifəsi boşdur.İcra başçısının səlahiyyətlərini isə birinci müavin - Emil Abbasov həyata keçirir.
Emil Abbasov kimdir?
Emil Abbasov uzun illər Qaradağ rayon İcra Hakimiyyətində işləyib. O, məşhur hüquqşünas İlqar Abbasovun oğludur.Xatırladaq ki, İlqar Abbasov uzun illər hakim kimi fəaliyyət göstərib. Belə ki, o, bir müddət Mərkəzi Seçki Komissiyasının üzvü, daha sonra Abşeron, Yasamal və Sabunçu Rayon Məhkəmələrinin sədri olub. Son iş yeri Sabunçu Məhkəməsi olub.İlqar Abbasov hazırda karyerasını vəkil kimi davam etdirir. 1 iyul 2022-ci ildən Vəkillər Kollegiyasının üzvüdür.Bundan əlavə, Emil Abbasov YAP-ın Xətai Rayon Təşkilatının sabiq sədri, SOCAR-ın “Azərneftyağ”İstehsalat Birliyinin sabiq baş direktoru, Energetika nazirinin sabiq müavini, AFFA-nın keçmiş prezidenti mərhum Ramiz Mirzəyevin qızıyla evlidir.Nəzərə alaq ki, Ramiz Mirzəyevin həyat yoldaşı Şəmkir rayon İcra Hakimiyyətinə 14 il başçılıq etmiş sabiq Kənd Təsərrüfatı nazirinin müavini, mərhum Aslan Aslanovun bacısıdır. Həmçinin, Emil Abbasov 14 il Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri işləmiş akademik Qərib Məmmədovun qardaşının qız nəvəsidir.Onu da qeyd edək ki, Qaradağ rayon İcra Hakimiyyətində təkcə İcra başçısı vəzifəsi boş deyil.Hazırda İcra Başçsının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri və İcra Başçısının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdiri vəzifələri də boşdur.Surxay Atakişiyev, Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.