ain.az bildirir, Bizim media portalına istinadən.
Florida ştatının dairə məhkəməsi ABŞ Prezidenti Donald Trampın The Wall Street Journal qəzetinin naşirlərinə qarşı qaldırdığı 10 milyard dollarlıq şərəf və ləyaqətin müdafiəsi iddiasını rədd edib.Bizim.Media xəbər verir ki, məlumata görə, iddia WSJ-nin 2025-ci ilin iyulunda dərc etdiyi yazı ilə bağlı olub.Həmin materialda Trampın vaxtilə seksual cinayətlərə görə məhkum olunmuş, hazırda isə dünyasını dəyişmiş amerikalı maliyyəçi Ceffri Epşteynə guya hədiyyə etdiyi açıqcadan bəhs edilirdi.
Qeyd olunur ki, 2025-ci ilin sentyabrında həmin açıqcanın fotosu ABŞ Nümayəndələr Palatasının demokrat üzvləri tərəfindən yayımlanıb. Açıqcada çılpaq qadın bədəninin sxematik silueti təsvir olunub, onun üzərində isə “Ceffri” və “Donald” arasında dialoq çap edilib.
WSJ-nin məqaləsində Trampın bu açıqcanı Epşteynə göndərdiyini inkar etdiyi və nəşri məhkəməyə verməklə hədələdiyi də vurğulanıb.Hakimin sözlərinə görə, böhtan faktını sübut etmək üçün Donald Tramp nəşrin və jurnalistlərin “pis niyyətlə” hərəkət etdiyini, yəni qəsdən yalan məlumat yaydığını və ya həqiqətə qarşı kobud laqeydlik göstərdiyini ortaya qoymalı idi.Məhkəmə qərarında bildirilir ki, Tramp jurnalistlərin qərəzli davrandığını və məktubun saxta olması ilə bağlı onun iddiasını yoxlamaqdan şüurlu şəkildə yayındığını sübut edə bilməyib.Hakim həmçinin qeyd edib ki, material hazırlanarkən jurnalistlər Trampın özündən, ABŞ Ədliyyə Nazirliyinin rəsmilərindən, eləcə də Federal Təhqiqat Bürosundan münasibət öyrənməyə çalışıblar.“Bir sözlə, iddia ərizəsi və məqalə cavabdehlərin araşdırma aparmağa çalışdığını təsdiqləyir”, - deyə Florida dairə məhkəməsinin hakimi Dərrin Geyls bildirib.Məlumata görə, Dərrin Geyls bu vəzifəyə ABŞ-ın keçmiş prezidenti Barak Obama tərəfindən təyin olunub.Hakim əlavə edib ki, Tramp aprelin 27-dək iddiasına düzəliş edərək yenidən məhkəməyə müraciət edə bilər.Trampın hüquq komandası isə prezidentin The Wall Street Journal və digər cavabdehlərə qarşı “güclü iddia” qaldıracağını açıqlayıb.Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.