AZ

Dələduzluq edən SMM saxlanıldı

Nəsimi rayonunda özünü sosial media meneceri kimi təqdim edərək dələduzluq edən 22 yaşlı E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-dən NOCOMMENT.az-a verilən məlumata görə, o, sosial şəbəkələrdə reklam yerləşdirmək barədə yalan vədlər verərək zərərçəkənlərin müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirib. Araşdırmalarla E.Məmmədovun bu üsulla bir neçə nəfəri aldatdığı müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Seçilən
11
11
nocomment.az

10Mənbələr